Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində ölənlərin sayı artdı

Əfqanıstanın Paktia vilayətinin mərkəzindəki polis təlim mərkəzinə bombalı və silahlı hücum nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Metbuat.az-ın məlumatına görə, “Taliban” terror təşkilatının hücumu nəticəsində ölənlərin sayı 41, yaralıların sayı isə 170 nəfərə çatıb. Ölənlərdən birinin Qardez Şəhər Polis İdarəsinin rəisi Turyalay Abdianinin olduğu bildirilib.

Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ölənlərdən 21-i təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Silahlı hücumu təşkil edən 5 “Taliban” silahlısının hamısı zərərsizləşdirilib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR