İraqda gərginlik davam edir

Mübahisəli müstəqillik referendumundan sonra İraq ordusunun hərəkətə keçməsi ilə, Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani iki gün ərzində Kərkük, Tuzhurmatu, Səncar da daxil olmaqla bir çox şəhəri itirib.

Metbuat.az-ın məlumatına görə, Mosul Su Anbarı yaxınlığında Haşdi Şabi ilə Peşmərgə arasında qarşıdurma yaşanıb. Peşmərgənin su anbarını təslim etməkdən imtina etməsi nəticəsində başlayan münaqişədə 9 nəfər həlak olub. Üç saat ərzində baş verən silahlı qarşıdurma nəticəsində ölənlərdən səkkizi Haşdi Şabi, biri isə Peşmərgə üzvü olub. Yaralanan 11 nəfər isə xəstəxanaya aparılıb. Tərəflərin hələ də ərazidə olduğu bildirilir.

Peşmərgə və PKK bölgədən qaçdığı üçün bir çox vacib nöqtələr qarşıdurma olmadan geri alınıb. İraqın Baş naziri Heydər əl-İbadi bildirib ki, referendum geridə qalıb və tərəflər Konstitusiyaya uyğun olaraq dialoqa girməlidilər. Bölgədə hər an yeni hadisələr yaşanır, Türkiyə başda olmaqla bütün dünyanın diqqəti indi oradadır.

ABŞ dövlət katibi Reks Tillerson, İraq Baş naziri Heydər əl-İbadi ilə telefonda danışıb. Bərzani rəhbərliyinin müstəqillik referandumunun tanımadıqlarını təkrarlayan Tillerson, İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. ABŞ dövlət katibi tərəflərin münaqişədən uzaq olmağını istəyib. İbadi ilə danışan Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, mərkəzi hökumətin İraqın birliyini qorumaq üçün etdiyi qanuni addımları dəstəklədiklərini açıqlayıb.

Qeyd edək ki, qarşıdurmada ölən Peşmərgə üzvləri Süleymaniyə şəhərində dəfn olunurlar.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR