Pakistanda terror

Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.

Metbuat.az-ın məlumatına görə, yola döşənən bomba 35 nəfərlik polisləri daşıyan zirehli maşın ərazidən keçən zaman partladılıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 polis həlak olub, 22 nəfər isə yaralanıb. Yaralanan polislər Kuetta Dövlət Xəstəxanasına aparılıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR