Səhhətində problemlər olan keçmiş CHP sədri, Antalyadan seçilən millət vəkili Dəniz Baykal Ankara Universitetinin İbn Sina Xəstəxanasına aparılıb.

Metbuat.az-ın məlumatına görə, millət vəkili həmin xəstəxanada üçüncü dəfə əməliyyat olunub. Universitetin rektoru, professor Erkan İbiş bildirib ki, onun səhhətində ciddi problemlər var, tənəffüs aparatına bağlı yaşayır. Beynində ağır zədəsi var və həyati təhlükəsi davam edir.

Qeyd edək ki, Dəniz Baykalın beyin ölümü keçirdiyi ilə bağlı iddialar yayılıb. Prezident Rəcəb Tayyib Ərdoğan Baykalın vəziyyətinin ağır olduğunu öyrəndikdən sonra, dünyaca məşhur beyin cərrahı, Yeditepe Universitetinin professoru Uğur Türeni prezident təyyarəsi ilə Ankaraya göndərib. O, Dəniz Baykalı müayinə etdikdən sonra, onun vəziyyətinin stabil olduğunu və beyin ölümü keçirmədiyini açıqlayıb.

Günay Elşadqızı \ METBUAT.AZ