Portuqaliyanın daxili işlər naziri istefa verdi

Portuqaliyanın daxili işlər naziri Konstansa Urbano De Souza ölkədə geniş yayılan və çoxlu sayda insanın ölümünə səbəb olan yanğınlar səbəbindən istefa verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Portuqaliya hökuməti açıqlama yayıb. Məlumata görə, Portuqaliyanın mərkəzi və şimal bölgələrindəki meşə yanğınlarında ölənlərin sayı 100-ü ötüb, 16-sı ağır olmaqla 56 nəfər yaralanıb. Oktyabrın 15-də Portuqaliya meşələrində 443 yanğın ocağı qeydə alınıb. Meşə yanğınları ilə mübarizəyə 7 min yanğınsöndürən cəlb olunub.

Portuqaliya prezidenti Marselo Rebelo de Susa, güclü yanğınlar səbəbindən ölənlər içərisində 1 aylıq körpənin də olduğunu öyrəndikdən sonra, həftə ərzində nəzərdə tutulan bütün proqramını ləğv edib və yanğının söndürülməsi üçün işləri daha da artırıb.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR