“Qəbul edə bilməyəcəyimiz şərtlər olarsa...”

Ankarada Türkiyə rəsmiləri ilə ABŞ nümayəndə heyəti arasında viza probleminin müzakirəsi ilə bağlı görüş keçirilib.

Metbuat.az-ın məılumatına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu görüşlə bağlı açıqlama verib: “ABŞ nümayəndə heyəti ilə viza məsələsində qanunlarımız, Konstitusiyamız və suverenliyimizə uyğun qərar olarsa, iş birliyi edə bilərik. Türkiyə təzyiqlərə boyun əyməz və qəbul edə bilməyəcəyimiz şərtləri də qəbul etmərik. İş birliyinə razıyıq, amma Türkiyənin müstəqil məhkəməsi var”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR