Şimali İraq Kürd Muxtariyyəti, İraq mərkəzi hökuməti başda olmaqla, dünya ölkələrinin qarşı çıxdığı müstəqillik referendumunun nəticələrini dondurub.

Metbuat.az-ın məlumatına görə, “Rudaw” televiziyasının məlumatına görə, Ərbil bu qərarı rəsmi Bağdadla dialoq prosesini başlatmaq üçün verib.

Səhər saatlarında verilən bəyənatda Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyinin müharibə istəmədiyi, kürd bölgəsində atəşkəs elan ediləcəyi və bütün hərbi əməliyyatların dayandırılacağı bildirilib.

Açıqlamada bildirilir ki, İraq hökuməti və dünya ölkələrinə “atəşkəsin elan edilməsi və Şimali İraqdakı bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulması, Kürd Regional Birliyi ilə mərkəzi hökumət arasında İraq Konstitusiyasına uyğun dialoqun başlanması” üçün müraciət edilib.

Günay Elşadqızı \ METBUAT.AZ