İraq qüvvələri Rabia sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib.
Metbuat.az-ın məlumatına görə, bu barədə ordunun polkovniki Həsən Rza məlumat verib: “Orduya bağlı olan 15-ci tabor Mosulun şimal-qərbindəki Rabia sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib. Ordunun PYD terrorçularından Suriya tərəfinə keçməsini istəməsindən sonra, onlar geri çəkiliblər. Bu səbəbdən də nəzarət ələ alınıb”.
Nəzarət ələ keçdikdən sonra 2014-cü ildən bu yana bağlı olan sərhəd-keçid məntəqəsinin binasında təhlükəsizlik qüvvələri artırılıb.
Günay Elşadqızı \ METBUAT.AZ