İraqın Baş naziri Heydər əl-İbadi ötən gün Türkiyə və İrana səfər edib.

Metbuat.az-ın məlumatına görə, Baş nazir Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra o, Ankara və Bağdadın birgə mübarizə aparacacağını rəsmən elan edib.

Qeyd edək ki, Türkiyə və İraq, sərhəddə Ovaköy sərhəd-keçid məntəqəsi açmaq istəyir. Bu səbəbdən, İraq ordusu həftənin əvvəlindən bu yana şimala doğru irəliləyir. Ordu artıq Feys Həbur şəhərinə qədər irəliləyib. Fərat yaxınlığında irəliləyən İraq ordusundan əlavə, Haşdi Şabi komandirlərinin də bölgədə olduğu bildirilir.

Günay Elşadqızı \ METBUAT.AZ