İspaniya Senatı 155-ci maddəni qəbul etsə, Kataloniya Muxtar Vilayəti müstəqillik elan edəcək.
Metbuat.az-ın məlumatına görə, İspaniya hökumətinin Kataloniyanın müstəqillik cəhdinin qarşısını almaq üçün vermək istədiyi qərarlar muxtar vilayətin lideri Karles Puçdemonu hiddətləndirib. O, dialoqun başlaması üçün “tək qapı” kimi göstərilən Senatda çıxış dəvətini qəbul etməyib.
Mərkəzi hökumət Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq, Kataloniya Muxtar Vilayətliliyinin ləğvi və ən uzağı 6 ay içərisində erkən seçkiyə getmək qərarları ilə bağlı sabah Senatda görüş keçirəcək. Bu maddənin tətbiqinə qarşı çıxan və fikirlərini bildirməsi üçün Senata çağırılan Puçdemon gəlməyəcəyini bildirib. O, sosial mediada yazıb: “Kataloniyanın özü-özünü idarə etmək qərarını yox edəcək qərarı vermək istəyənlərlə zaman itirməyəcəyik. Yolumuza davam edirik”.
Kataloniyadanın yerli hökumətindəki qaynaqlar bildiriblər ki, 155-ci maddənin tətbiqinə niyə qarşı çıxdıqlarını Senata göndəriləcək məktubda açıqlayacaqlar. Digər tərəfdən, müstəqillik tərəfdarı olan siyasi partiyalar yerli parlamentin İspaniya hökumətinə cavab verməsi üçün plenar iclas keçirəcək. Yerli parlamentdəki danışıqların sabaha qədər davam etməsi və sonda müstəqillik elanının səsverməyə çıxarılması gözlənilən vaxt, eyni gün paytaxt Madriddəki Senatda 155-ci maddənin də səsverməyə çıxarılacağı diqqət çəkib.
Məlumata görə, muxtar vilayətin 10 oktyabrda 72 millət vəkilinin imzaladığı müstəqillik elanı, 27 oktyabrda səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Kataloniyada müstəqillik tərəfdarlarının nümayişləri bu gün də davam edir. Dərsə getməməklə etirazlarını bildirən universitet tələbələri gün ərzində Barselonada nümayişlər keçirib.
Bu arada, İspaniya I Futbol Liqasının 10-cu həftəsində, 29 oktyabrda keçiriləcək “Cirona”-“Real-Madrid” komandalarının qarşılaşmasında təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib. Məlumata görə, Cironadakı müstəqillik tərəfdarı olan radikal qruplar “Real-Madrid”i “işğalçı komanda” adlandırıblar və matç ərzində onlara etiraz edilməyini istəyiblər. “Real-Madrid” klubu futbolçuları və texniki heyəti oteldən stadiona aparacaq avtobusların Cironaya aparılmamağı qərarını veriblər.
Günay Elşadqızı \ METBUAT.AZ