Çexoslovakiyanın müstəqil olduğu gündür

Bu gün Çexoslovakiyanın müstəqil olduğu gündür.

Metbuat.az-ın məlumatına görə, Çexoslovakiya Avstriya-Macarıstan İmperatorluğunun I Dünya Müharibəsində məğlub olduqdan sonra Çexiya və Slovakiya ərazilərində yaradılıb.

Mərkəzi Avropada mövcud olan dövlət 28 oktyabr 1918-ci ildə müstəqil olub. Çexoslovakiya 1918-ci ildən 1992-ci ilə qədər mövcud olan dövlətdir.

1939-cu ildə Almaniya tərəfindən zəbt edilərək onun Çexiya, Moraviya və Slovakiya protektoratı yaradılıb. 1945-ci ildə Sovet qoşunları tərəfindən tutulub və Çexoslovakiya Sosialist Federativ Respublikası şəklində 1992-ci ilə kimi mövcud olub.

Dağılmadan əvvəl paytaxtı Praqa idi. Dənizə sahili olmayan Çexoslovakiyanın ərazisi 27,903 km² idi. Cənub şərqində Avstriya və Macarıstan, şərqdə Ukrayna, şimalda Polşa, şimal-qərbdə və qərbdə isə Almaniya yerləşirdi.

1992-ci ilin iyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəlib.

1 yanvar 1993-cü ildə Çexiya və Slovakiyaya ayrılaraq iki dövlət olub. Çexoslovakiyanın bütün hüquqları ayrı-ayrılıqda Slovakiya və Çexiya Respublikasınalarına keçib. Çexoslovakiyanın bölgüsü – dünyada heç bir problem yaşamadan və tək bir güllə belə atılmadan bölünmədir. Bu modelə Çexoslovakiya modeli deyilir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR