ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Yunanıstanda Almaniya ilə birgə keçirdikləri hərbi təlimlərdə “Patriot” və “Stinger” hava müdafiə raketlərini sınaqdan keçirəcəklərini bildirib.
Metbuat.az-ın məlumatına görə, Pentaqonun yazılı açıqlamasında bildirilir ki, Almaniyanın liderlik etdiyi hərbi təlimlərdə 200-dən çox Amerika və təxminən 370 alman əsgəri iştirak edir.
Bildirilib ki, noyabrın 9-na qədər keçiriləcək hərbi təlimlərdə Yunanıstanın Chania NATO mərmi atma bazasında gerçək güllələr atılacaq. “Artemis hücumu” adlandırılan təlimin həqiqi əməliyyatlara bənzədildiyi qeyd edilib.
Günay Elşadqızı \ METBUAT.AZ