Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukraynada yaşamaq icazə verilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Saakaşvili “Facebook” səhifəsində yazıb: “Bu gün nəhayət ki, gömrük xidmətindən sənəd aldım. Ukraynanın ərazisində qanuni qalacağımı təsdiqləyirəm. Amma bununla razı deyiləm, məhkəmə vasitəsilə vətəndaşlığımı bərpa etmək hüququndan istifadə edəcəyəm”.

Qeyd edək ki, iyulun 26-də Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edib.

Mixail Saakaşviliyə İCAZƏ VERİLDİ

Günay Elşadqızı \ METBUAT.AZ