Avropa İttifaqı Komissiyasının prezidenti Cen-Kloud Canker mətbuata açıqlamalar verib.
Metbuat.az-ın məlumatına görə, Canker açıqlamasında Türkiyə ilə münasibətlərdən danışıb: “Türkiyə ilə mümkün olan ən yaxşı əlaqələrə sahib olmaq istəyirik”.
O iddia edib ki, hazırda Türkiyə Avropadan uzaqlaşdığı üçün bu, mümkün olmur: “Türkiyənin yenidən avropalı olmağını istəyirik”.
Jurnalistlərdən birinin Balkanlarda Türkiyə olmadan təhlükəsizliyin təmin edilməsinin mümkün olmadığına işarə etməyindən sonra Canker deyib: “Türk dostlarımızla əlaqələrimiz məsələsində açıq danışmaq istəyirəm. Türkiyəyə sığınacağa gedən şəxslərlə bağlı proqram çərçivəsində 3 milyard avro öhdəliyimizə əməl etmişik, qarşıdakı illərdə daha 3 milyard avro da köçürəcəyik. Avropa Birliyi sözünü tutur”.
Canker bildirib ki, vəsaitin həcmi azaldılmayacaq, sadəcə istiqaməti dəyişəcək: “Vəsaitlərin daha çox məhkəmə və qeyri-hökumət sahələrinə verilməsi təmin ediləcək”.
Günay Elşadqızı \ METBUAT.AZ