Play Store

İŞİD tamamilə çökdürüldü - Terrorçuların sonu...

İŞİD terror təşkilatı İraq və Suriyadan tamamilə silinir.

Metbuat.az-ın məlumatına görə, Suriya ordusu İraq sərhədindəki sonuncu qəsəbə olan Əbu Kamalı da İŞİD-dən azad edib. Rəsmi açıqlamaya görə, qəsəbənin azad edilməsilə demək olar ki, İŞİD tamamilə çökdürülüb. Lakin çöllük ərazilərdəki yerlər geri alınana qədər İŞİD-lə mübarizə aparılacaq.

İraq ordusunun sərhəddən top atışı ilə əməliyyata dəstək verib. Sosial mediada əks olunan ilk fotoda sərhəddə olan İraq tankı diqqət çəkib.

Terror təşkilatının əlində yalnız Fərat çayı hövzəsində olan bir neçə şəhər və kənd qalıb. Bunlardan ən vacibi sayılan, İraq torpaqlarındakı Rava artıq mühasirəyə alınıb. Məlumata görə, terrorçular Suriyanın şimalındakı Merkede qəsəbəsində qarşıdurmaya girməkdən çəkiniblər. Haseke yaxınlığında yerləşən qəsəbə uzun müddət idi mühasirəyə alınmışdı. Bildirilir ki, bura, İŞİD-in nəzarətindəki ərazilərdən uzaqda yerləşir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR