Play Store

ABŞ 4,6 milyard dollar pul ayıracaq - Səbəbi isə...

ABŞ Konqresi Rusiyanın Avropada güclənməsinə mane olmaq üçün büdcəsindən 4,6 milyard dollar ayıracaq.

Metbuat.az-ın məlumatına görə, Konqresin verdiyi qərarı tezliklə qüvvəyə minəcəyi gözlənilir. Ayrılan məbləğ ABŞ-ın Avropadakı mövqeyini gücləndirmək üçün istifadə olunacaq. Baltikyanı ölkələrin müdafiə gücünü artırmaq üçün isə 100 milyon dollar xərclənəcək. Qanun layihəsi Konqresin və Senatın nümayəndələri ilə imzalanmaq üçün ABŞ prezidentinə göndəriləcək.

Bundan əlavə, ABŞ Senatı və Konqres nümayəndələri, 2018-ci maliyyə ili üçün Ukraynaya hərbi yardımın həcmini 350 milyon dollara çatdırmaq qərarı veriblər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR