Naxçıvan Muxtar Respublikasında bundan sonra dəbdəbəli qəbir daşları olmayacaq.
Muxtar Respublikanın Nazirlər Kabineti 8 noyabr tarixində 115 nömrəli yeni sərəncam qəbul edib. Sərəncama əsasən vahid qəbir formaları ilə bağlı yeni qaydalar təsdiqlənib. Artıq qəbirüstü abidələr ancaq bu 2 formada ola bilər. Uzunluğu 2.20 sm, eni ise 1.20 sm, baş daşı hündürlüyü 60 sm, eni 80 sm.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirir ki, bu qanun yeni qəbirlər üçün nəzərdə tutulub. Çünki köhnələrin dəyişdirilməsi sonradan problemlər yarada bilər:
“Çalışmalıyıq ki, Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazası möhkəmlənsin və qaydalara ciddi əməl olunsun. Məsələnin indiki qaydada davam etməsi yaxşı hal deyil. Bu addım qəbirsitanlığın pinti, xarabazar bir məkan kimi tanınmaısnın qarşısı alınması baxımından faydalıdır. Qəbiristanlıq insanlar üçün həm də bir xatirə yeridir. Burada kimsənin bir qəbirin üzərindən atlayaraq digərinə keçməsi xoş hal deyil. Qəbirlərin ölçülərin eyni olması, birinin digərindən fərqlənməməsi İslam dini nöqteyi nəzərdən də vacib bir əməldir. Edilsə, yaxşı olar”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Ağacların kəsildiyini görən şəxslər - Bu nömrəyə müraciət edin – Oxumaq üçün tıklayın!