Play Store

“Gələcəyi diktatorların fantaziyaları əsir almamalıdır” Trampdan Kim-ə mesaj

Asiya turunun dördüncü dayanacağı üçün Vyetnama gedən ABŞ prezidenti Donald Trump Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammitinə (APEC) qatılıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ lideri Şimali Koreyaya xitabən çıxışında deyib: “Bölgənin gələcəyini diktatorların fantaziyaları əsir almamalıdır. VaşinqtonunAsiyada güclü tərəfdaşlar istədiyini deyən Trampın əsas mövzusu isə iqtisadiyyat olub: “ABŞ bu gündən etibarən ədalətli və bərabər ticarət siyasətində qalacaq. Ticarətdə sui-stifadəyə imkan verməyəcəyik”.

Zirvə görüşündə gözələnilən ən kritik görüş isə baş tutmayacaq. Ağ evin açıqlamasında bildirilib ki, Vyetnamda Donald Trampla Vladimir Putin arasında rəsmi görüş olmayacaq.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR