Kolumbiyada həbsxanada dava

Kolumbiyada həbsxanada məhbuslar və gözətçilər arasında dava olub.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxt Boqotadakı La Picota həbsxanasında qeydə alınıb. Səhər saatlarında siyahıyaalma etmək istəyən gözətçilərlə həbsdə olan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri arasında dava başlayıb. Həbsxanadan verilən məlumata görə, FARC üzvləri 14 gözətçini yaralayıb.

Tutulan FARC üzvlərinin azad edilməsi üçün çalışan “Kəpənəklərə Uzun Ömür” qruounun sözçüsü Con Leon bildirib ki, hadisə nəticəsində 20 məhkum xəsarət alıb. Onun sözlərinə görə, hadisəyə səbəb məhbusların həddən artıq güc istifadə etməsi olub.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR