Trampın qızına görə

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Hindistana səfərindən əvvəl ölkədə bir sıra tədbirlər həyata keçirilir.

Metbuat.az-ın məlumatına görə, ölkənin cənubunda yerləşən Heydərabad şəhərində küçələrdəki evsizlər və dilənçilər reabilitasiya mərkəzlərinə yerləşdirilib.

“Indian Express”-in xəbərinə görə, təxminən 400 dilənçi küçələrdən toplanaraq “Chanchalguda” həbsxanasının reabilitasiya mərkəzlərinə aparılıb. Polis, xarici qonaqları təəccübləndirmək üçün küçələrdən təxminən 6 min dilənçini yığışdırmağı planlaşdırır. Yanvar ayının ilk həftəsinə qədər şəhərdə dilənçilik etmək də qadağan edilib.

Səlahiyyətli şəxslərdən biri “Indian Express”-ə açıqlamasında deyib ki, “Bəzi dilənçilər onların istədikləri yerdə yaşamaq azadlıqlarını əllərindən aldığımızı deyirlər. Ancaq onlara deyirik ki, bunu, onların yaxşılığı üçün edirik, reabilitasiya mərkəzlərində vəziyyətləri daha yaxşı olacaq”.

Qeyd edək ki, İvanka Trampın 28 noyabrda Hindistanda başlayacaq və üç gün davam edəcək Qlobal Sahibkarlıq Sammitində ABŞ heyətinə liderlik edəcəyi gözlənilir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR