Fövqəladə vəziyyətin müddəti uzadıldı

Tunis prezidenti Əl Baci Kaid əl-Sibsi ölkədə 2015-ci ilin noyabrından etibarən elan edilən fövqəladə vəziyyətin daha 3 ay uzadılmasına qərar verib.

Metbuat.az-ın məlumatına görə, Prezident Aparatının yazılı açıqlamasında bildirilib ki, əl-Sibsinin baş nazir Yusuf Şahid və parlament sədri Məhəmməd Nasir ilə məsləhətləşmələri nəticəsində, ölkə daxilində sabahdan etibarən 3 ay müddətində fövqəladə halın uzadılması qərara alınıb.

Qeyd edək ki, Tunisdə 2015-ci ildən davam edən fövqəladə vəziyyət sonuncu dəfə oktyabrda bir aylığına uzadılmışdı. Paytaxt Tunisin Məhəmməd Hamis Prospektində 24 noyabr 2015-ci ildə prezidentin gözətçi xidmətini hədəf götürən bombalı hücumdan sonra ölkədə elan edilən bir aylıq fövqəladə vəziyyət bugünədək dəfələrlə uzadılıb.

Bu, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik xidmətlərinə yığıncaqların qadağan edilməsi, küçəyə çıxmaq qadağası tətbiq etmək, məhkəmə icazəsi olmadan axtarış əmri, mətbuata nəzarət etmə kimi səlahiyyətlər verir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR