Play Store

İstanbulda axtarışda olan 3356 nəfər tutulub - Böyük əməliyyat

İstanbulun 39 rayonunda növbəti “Yeditəpə Hüzur” əməliyyatı keçirilib.

Metbuat.az-ın məlumatına görə, 5 min polisin qatıldığı əməliyyatda yol polisləri, dəniz polisləri və polis helikopterləri iştirak edib.

Şübhəli şəxslərə qarşı “Ümumi Məlumat Toplama” (GBT) idarələri tərəfindən keçirilən əməliyyatda axtarışda olan şəxslər, silah, bıçaq və narkotik maddə istifadəçiləri axtarılıb.

Qeyd edək ki, ilk dəfə 29 sentyabr 2015-ci ildə başlanılan əməliyyatın ötən gecə 33-sü həyata keçirilib. İstanbul Polis İdarəsinin açıqlamasına görə, Ümumi Məlumat Toplama (GBT) bugünədək 782 min 825 adam üzərində tətbiq edilib və axtarışda olan 3356 adam həbs edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR