“Livanın suverenliyini və müstəqilliyini dəstəkləyirik” - Tillerson

ABŞ dövlət katibi Reks Tillerson Livanla bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, Tillerson, ABŞ-ın Livanın suverenliyini və müstəqilliyini dəstəklədiyini açıqlayıb: “ABŞ, Livanın daxili və xaricindəki tərəfləri, ölkənin ərazi bütövlüyünü, hökuməti, Silahlı Qüvvələlər kimi milli təşkilatların müstəqilliyinə hörmət etməyə çağırır”.

Dövlət katibi bildirib ki, Vaşinqton Livanın sabitliyini təhdid edəcək hər cür addıma qarşıdır: “Ölkənin tək təhlükəsizlik qüvvəsi Livan dövlətinin təhlükəsizlik gücləridir. Digər xarici güclərin və silahlı qruplaşmaların ölkədə qanuni rolu yoxdur”.

Tillerson eyni zamanda, ötən həftə sonu Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda istefasını açıqlayan baş nazir Səəd Həririni ABŞ-ın güclü müttəfiqi adlandırılıb.

Günay Elşadqızı \ METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR