Play Store

Hava çirkliliyi ən yüksək həddə çatdı - Hindistanda

Hindistanda hava çirkliliyi son illərdəki ən təhlükəli həddə çatıb.

Metbuat.az-ın məlumatına görə, paytaxt Dehlidə əhalinin nəzarətsiz artması və nəqliyyat vasitələrinin çoxalması nəticəsində şəhərdəki hava çirkliliyi Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəsizlik səviyyəsindən 30 dəfə çoxdur. Belə atmosferdə hava almaq gündə 50 siqaret çəkməyə bərabərdir. Xəstəxanalar nəfəs almaqda çətinlik çəkən xəstələrlə doludur.

Ölkə tarixində ilk dəfə bir hava yolu şirkəti Dehli istiqamətində uçuşları dayandırmalı olub. Məlumata görə, “United Airlines” adlı ABŞ Hava Yolu şirkəti hava çirkliliyinin artması səbəbilə Dehliyə uçuşları 4 günlük dayandırıb.

Dehlidə məktəblər yüksək hava çirkliliyinə baxmayaraq, yenidən açılıb. Səlahiyyətli şəxslər imtahanların yaxınlaşması səbəbindən dərslərin açılmalı olduğunu bildirsə də, valideynlər sərt reaksiya göstəriblər. Onlar bildirib ki, bununla uşaqlarının həyatları ilə oynayırlar.

Dehlidə bütün ümidlər 3 gün ərzində başlamalı olan yağışadır. Meteorologiya səlahiyyətliləri, yağış başlayandan sonra hava çirkliliyinin də azalacağını düşünürlər.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR