“Çox əhəmiyyətli açıqlama verəcəm”

ABŞ prezidenti Donald Tramp rəsmi Tvitter hesabında maraqlı tvit paylaşıb.

Metbuat.az-ın məlumatına görə, Tramp bildirib ki, Vaşinqtona geri dönəndən sonra "Ağ Ev"dən çox əhəmiyyətli açıqlama verəcək. Tarix və saatın hələ dəqiqləşdirilmədiyini deyən Tramp, mövzu ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, Tramp, Yaponiya, Çin, Cənubi Koreya, Vyetnam və Filippinə getdiyi 2 həftəlik Asiya turu ilə bağlı deyib ki, “ABŞ-la ticarət edən bütün ölkələr artıq qaydaların dəyişdiyini öyrəndi”.

Tramp, Filippinin paytaxtı Manilada olduğu zaman Tvitter hesabında yazıb: “ABŞ-la münasibətlər ədalətli və qarşılıqlı olmalıdır. Böyük xarici ticarət kəsiri sürətlə azalmalıdır “.

Beş ölkəyə səfəri zamanı bir çox dostlar qazandığını deyən Tramp, xüsusilə, Filippin prezidenti Rodriqo Duterte ilə görüşünün çox uğurlu olduğunu qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

Elmar Məmmədyarov Moskvaya səfər edəcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR