Fransa prezidenti onu ölkəsinə dəvət etdi

Fransa prezidenti Emmanuel Makron İqlim Dəyişikliyi 23-cü Tərəflər Konfransında iştirak etmək üçün gəldiyi Almaniyanın Bonn şəhərində Saad Həriri ilə bağlı jurnalistlərə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Makron açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanı vəliəhd Şahzadə və müdafiə naziri Məhəmməd bin Səlman ilə görüşdükdən sonra Livanın istefa verən Baş naziri Saad Həririni və ailəsini Fransaya dəvət edib. Makron bildirib ki, bu dəvət, sığınacaq vermək mənasına gəlmir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR