Ağdamda zəlzədən sonra 30 nəfər...

“Ağdamda zəlzələ nəticəsində xəsarət alan olmayıb, ancaq 30 nəfər həyəcan keçirdiyi üçün həkimə müraciət edib”.

Bu barədə Metbuat.az-a Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlama verib.

İcra başçısı bildirib ki, səhər saatlarından kəndlərdə komissiya işləyir: “İndiyə qədər olan məlumat budur ki, 123 evdə çatlar əmələ gəlib, hansı ki, həmin evlərdə əvvəldən çatlar var idi, zəlzələ nəticəsində isə həmin çatlar genişlənib. Bir tam orta məktəbimizdə də çatlar yaranıb. Ağdamın Üçoğlan kəndində evin bir hissəsi qəzalı vəziyyətdə olduğu üçün həmin hissədə yaşayış yox idi, evin sağlam hissəsində yaşayırdılar. Zəlzələ zamanı da həmin qəzalı hissə uçub. Hadisə nəticəsində insan tələfatı və xəsarət alan yoxdur. Zəlzələ nəticəsində 30 nəfər həyəcan, stress keçirdiyi üçün xəstəxanaya müraciət edib. Heç bir ciddi fəsad və faciə baş verməyib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR