Play Store

"Qız uşaqlarını ana bətnində öldürürlər" - Doğulan körpələrin 53 faizi...

Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Metbuat.az-a açıqlamasında bildirib ki, bu, gender fərqini açıq şəkildə göstərən rəqəmlərdir:

“Ailələrdə qadına qarşı münasibətdə gender fərqləri var. Onlar oğlan uşaqlarına üstünlük verirlər. Bu, son zamanlar daha çox diqqəti cəlb edir. Baxmayaraq ki, abortlarla bağlı ciddi tədbirlər görülür. Amma hələ ki, rəqəmlər 7-8 ildir dəyişilməz olaraq qalır. Bu rəqəmlər çox narahatedici rəqəmlərdir. Çünki qız uşaqlarını ana bətnində öldürürlər. Bu da qadına qarşı zorakılıın ən pis forması kimi qiymətləndirilə bilər”.

Məsələ ilə bağlı Metnuat.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu, çox yaxşı bir nəticədir:

“Oğlanın çox doğulması çox gözəl haldır. Ona görə ki, ölkədən gedənlərin çoxu oğlanlar olur. Müharibə və kritik hallarda oğlanların ölümü də çox olur. Sovet vaxtında ölkədə ailə qura bilməyən qızlarımız çoxalmışdı. İndi də ailə qurmayan qızlar var. Ona görə, ölkədə oğlan uşaqlarının çox doğulması məni sevindirir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda gəlini qızılı "Rolls Royce"la apardılar... – VİDEO – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR