Bağdad rəsmən açıqladı

İraq Daxili işlər naziri Qasım Əl-Araci İŞİD-in ölkədə hərbi güc baxımından bitdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, terror təşkilatının əlində olan sonuncu Rava qəsəbəsinin azad edilməsi münasibətilə nazir, İraq xalqını, təhlükəsizlik qüvvələrini və ayətullah Əli Əl-Sistanini təbrik edib.

Qeyd edək ki, İraq ordusu və yerli tayfa qüvvələri ötən gün səhər saatlarında, Enbarın təxminən 230 kilometr qərbində yerləşən Ravanı hərbi əməliyyatla İŞİD-dən azad ediblər.

İraq qüvvələri ölkənin qərbindəki çöllük əraziləri partlayıcılardan təmizləmək və yaxın günlərdə Suriya sərhədində təhlükəsizliyi təmin etməyə hazırlaşır.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR