Həyat yoldaşı 2 saat kəmərlə döydü

Qucağında 2 aylıq körpəsi ilə həyat yoldaşı tərfindən 2 saat döyülüb.

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb. 22 yaşlı A.B. adlı qadın həyat yoldaşı tərəfindən kəmərlə döyülüb. Qadın yaşadığı dəhşət dolu anlardan danışıb:

“Həyat yoldaşıma maddi sıxıntımızın olduğunu, işləməsini dedim. O, əsəbiləşib üzümə şillə vurmağa başladı. Daha sonra belindəki kəmərlə döyməyə davam etdi. Uşağım qorxudan titrəyirdi. Kəmərin ona dəyməməsi üçün kürəyimi çevirdim. Sonra qayananama zəng etdim. Dedi ki, yenə əl qaldırsa, polisə zəng edim. Yoldaşım gəlib kəmərlə vurmağa davam etdi. Məni istəmədiyini, evdən getməyimi dedi. Getməsəm, ödürməklə təhdid etdi, sonra evdən getdi. Tez polisə zəng etdim”.

Həyat yoldaşını döyən şəxs saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

TƏHLÜKƏ: Bakı sakinlərinə çox vacib xəbər! – ETSN – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR