Play Store

Azərbaycan elminə ağır itki üz verdi - BDU-nun professoru...

Respublikanın tanınmış fizik alimi, Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrasının professoru, Fizika elmləri doktoru Talətdin Bağırov vəfat edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. 20 may 1960-cı ildə Siyəzən rayonunun Dağ-quşçu kəndində anadan olan Talətdin Bağırov 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə BDU-nun aspirantı olub. 1988-ci ildə «Temperatur, moçevina və qeyri-üzvi elektrolitlərin dekstranla bir sıra qeyri-ion polimerlərin uyuşmasına təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildən BDU-nun Fizika fakültəsinin dosentidir. 2011-ci ildə «Polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının və bir sıra bioloji təbiətli maddələrin nisbi hidrofobluqlarının tədqiqi» mözusunda doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildə Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR