Tramp onlara 18 ay vaxt verdi

ABŞ hökuməti ölkədə yaşayan təxminən 60 min haitili miqrant üçün müvəqqəti qoruma statusunun 2019-cu ilin iyul ayında dayandırılacağını bəyan edib.

Metbuat.az-ın məlumatına görə, milli təhlükəsizlik nazirinin müavini Elaine Duke bildirib ki, haitili miqrantlarının ABŞ-dan deportasiya edilməsinin qarşısını alan xüsusi status 18 ay sonra bitəcək. O, 2010-cu ildən bu yana ölkədə haitilərin sayının 97% artdığını vurğulayıb.

18 ay müddətində haitilər ya ölkələrinə geri dönməlidilər, ya da ABŞ-da iş və yaşayış icazəsi üçün qaydalara əməl etməlidilər.

Qeyd edək ki, 2010-cu yanvarın 12-də Haitinin paytaxtı Port-au-Prince şəhərində baş verən zəlzələ nəticəsində 300-dən çox adam həyatını itirib. Zəlzələdən sonra Barak Obama administrasiyası tərəfindən verilən 18 aylıq Müvəqqəti Qoruma vəziyyəti eyni administrasiya tərəfindən bir neçə dəfə uzadılıb.

Günay Elşadqızı / METBUAT.AZ

“NATO ilə əlaqələri dayandırmağı düşünmürük, amma…” - Prezident sözçüsü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR