Baş Qərargah rəisləri razılığa gəldi

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Soçidə türk və iranlı həmkarı Hulusi Akar və Məhəmməd Bəkiri ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin görüşlə bağlı açıqlamasında deyilir ki, üç Baş qərargah rəisi Suriyada İŞİD və Əl-Nusra (yeni adıyla Fəth əl Şam) terrorçularının varlığına son qoymaq üçün konkret addımlar üzərində razılaşıb.

Açıqlamada bildirilir ki, onlar eyni zamanda, Suriyanın İdlib bölgəsində gərginliyi azaltmaq üçün koordinasiya səviyyəsini artıracaq tədbirlərlə bağlı razılığa gəliblər. Bundan əlavə, Gerasimov Suriyadakı hərbi əməliyyatların fəal mərhələsinin başa çatdığını bildirib.

O, türk və iranlı həmkarına səslənərək deyib: “Suriyada ortaq səylərlə çox şeylər etdik. Ən vacibi, ölkənin (Suriya) suverenliyi və ərazi bütövlüyü qorunub, vətəndaş müharibəsi dayandırılıb, sülh üçün həyatın yenidən qurulması və köçkünlərin evlərinə geri dönməsi üçün lazım olan şərtlər yaradılıb”

Qeyd edək ki, sabah Soçidə Rusiya, Türkiyə və İran liderlərinin də üçtərəfli görüşü keçirilək.

Günay Elşadqızı / METBUAT.AZ

“NATO ilə əlaqələri dayandırmağı düşünmürük, amma…” - Prezident sözçüsü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR