"Kara sevda"nı izləyənlərə XOŞ XƏBƏR VAR

“Kara sevda” serialı Türkiyədə ilkə imza atıb.

Metbuat.az bildirir ki, baş rollarında Burak Özçivit və Neslihan Atagülün oynadığı “Kara sevda” serialı Beynəlxalq “Emmy” televiziya mükafatı gecəsində mükafat qazanıb.

Noyabrın 20-si Nyu-Yorkda keçirilən gecədə “Kara sevda” Braziliya və Kanada seriallarını geridə qoyaraq, “Telenovela” mükafatına layiq görülüb.

Mükafatı almaq üçün serialın prodüseri Kerem Çatay, ssenarist Burcu Görgün Toptaş və rejissor Hilal Saral gecədə iştirak ediblər.

Azərbaycanda dizel və benzinlə bağlı VACİB XƏBƏR - DİQQƏT! – OXUMAQ ÜÇÜN TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR