Bu gün Milli Məclisdə büdcə sənədinin detalları haqqında müzakirələr aparılıb. Lent.az xəbər verir ki, millət vəkili Azay Quliyev çıxış edərək hökumətın geridə qalan müddətdə qarşıda duran ən çətin vəzifənin öhdəsindən gəldiyini bildirib. O əlavə edib ki, iqtisadiyyatda ciddi geriləmənin qarşısı alınıb, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post neft dönəminə adoptasiya dövrü başlayıb: “Ən mühüm məsələlərdən biri isə manatın sonrakı devalvasiyasının qarşısı alındı və milli valyutamıza olan inamın bərpa olunması istiqamətində önəmli addımlar atıldı. Məhz bunun nəticəsidir ki, artıq gələn il ölkə iqtisadiyyatında 1.5% artım gözlənilir. Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatının 1.3% böyüyəcəyi qənaətindədir. Halbuki BVF MDB ölkələrindən Belarusiya üçün 0.7%, yaxud neft ölkələri olan Venesuela üçün mənfi 6%, Səudiyyə Ərəbistanı üçün isə cəmi 1.1% dinamika proqnozlaşdırır. Məhz bu iqtisadi böyümənin və görülən əlavə tədbirlərin nəticəsidir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirlərində 20.3%, xərclərində isə 16.5% artımı nəzərdə tutulur. Şübhəsiz ki, kifayət qədər əhəmiyyətli artımdır və hökumətin ciddi uğuru sayılmalıdır”.

Millət vəkili bildirib ki, 2018-ci ilin büdcə layihəsində vətəndaşın güzəştli şərtlərlə mənzil əldə etməsi imkanlarının artırırlıması məqsədilə 250 milyon manat vəsaitin ayrılmasını və ilk dəfə yaradılan İşsizlikdən Sığorta Fondunun büdcəsinin formalaşmasıni və xərclənməsi istiqamətlərinin müəyyənləşməsi xüsusi qeyd edilməlidir. Bundan başqa Azay Quliyev təmsil etdiyim Binəqədi rayonu, 8-ci dairə ərazisində yerləşən Koroğlu Rəhimov küşəsi 53A ünvanlı binanın qəzalı olması ilə bağlı məsələni də diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, sözügedən bina uzun müddətdir ki, qəzalı vəziyyətdədir və orada yaşayan sakinlərin həyatları üçün hər an təhlükə yarana bilər: Mən özüm bir neçə dəfə həmin bina da olmuşam və vəziyyətlə tanışam. Bu problemi baş nazirin müavini Abid Şərifov da bilir və o, məsələni araşdırmaq üçün həmin ünvana komissiya da göndərib. Maliyyə çatışmazlığına görə məsələ hələlik öz müsbət həllini tapmayıb. Binanın köklü təmirə və ya yenidən tikilməsinə ehtiyac var. Xahiş edriəm bu məsələ də diqqətdə saxlanılsın və problemin həlli üçün büdcədən lazımi vəsait ayrılsın”.