Batumidə oteldə güclü yanğın

Türk iş adamının otelində yanğın baş verib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Gürcüstanın Batumi şəhərində türk iş adamı Erol Avgörənə məxsus “Leogrand” oteldə yanğın baş verib. Hadisə dünən Bakı vaxtı ilə saat 22:00-da qeydə alınıb. Otelin qazanxanasında baş verən partlayış böyük bir yanğına səbəb olub. Son məlumata görə, yanğın nəticəsində aralarında türklərin də olduğu 12 nəfər ölüb, çoxlu sayda yaralı var.

Qeyd edək ki, türk iş adamına məxsus otelin açılışı 2015-ci ilin iyul ayında olub.

Xəbər yenilənir...

Bakıda minik avtomobili yandı – FHN – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR