Müğənni Tarkan son günlər fotoqraflığı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, meqastar getdiyi ölkələrdən çoxlu mənzərə, şəhər və insan fotoları çəkir.

Tarkan bəyəndiyi görüntülərin bəzilərini özünə saxlayır, bəzilərini isə dostlarına hədiyyə edib. Sənətçi bu günlərdə peşəkar fotoaparat da alıb. Müğənni bildirib ki, şəkilləri istədiyi saya çatanda, sərgi açmağı planlaşdırır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin