Putin Azərbaycandakı səfiri geri çağırdı

Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxini Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırıb.

Metbuat.az-ın “Ria Novosti” informasiya agentliyinə istinadən xəbərinə görə, dövlət başçısının müvafiq fərmanı rəsmi hüquqi informasiya internet portalında dərc edilib. Fərmanda bildirilir ki, Doroxin Vladimir Dmitrieviç Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilir.

Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytındakı məlumata görə, Vladimir Doroxin 24 fevral 2009-cu ildən prezident fərmanı ilə Azərbaycandakı səfir təyin edilib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR