Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – yapon əsilli Britaniya yazıçısı, 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, “Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxma” kimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb və elə həmin il Buker mükafatına layiq görülüb. Romanda, hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir.

Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir.

Məşhur verilişin komandası Bakıya gəldi - Proqramın çəkilişi Bakıda aparılıb

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR