​Yanvarın 1-dən təbii qazın limit ilə bağlı

Bu il qaz sərfiyatında limiti keçən vətəndaşlara yanvarın 1-də yenidən limit veriləcək.

Limiti keçmiş abonentlər yeni ildən hər kubmetr qaz üçün 20 qəpik əvəzinə 10 qəpik ödəyəcəklər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi bildirib ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır:

“1700 kubmetr il ərzində verilən limitdir. Limiti aşan vətəndaşlar artıq 2018-ci ilin yanvar ayının 1-dən etibarən istifadə etdikləri hər kubmetr qaza görə 10 ödəyəcəklər. 1700 kubmetr limitini keçərlərsə, hər kubmetr qaz 20 qəpikdən hesablanacaq. Tarif Şurasının qərarında bu il heç bir dəyişiklik yoxdur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yanvar ayında pensiyalar nə qədər artacaq? - Cavabı bu xəbərdə... – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR