Ən yaxşı işə götürənlərin reytinqi tərtib edilib

Ən yaxşı işə götürənlərin reytinqi tərtib edilib
17:35 8 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

“Glassdoor” kadr agentliyi hər il ən yaxşı işə götürənlərin reytinqini tərtib edir. “Apple” şirkəti bu siyahıda həmişə yüksək pillədə qərarlaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Glassdoor” agentliyi 10 il ərzində işə götürənlərin reytinqini tərtib edir. 2009-cu ildə “Apple” şirkəti ən yaxşı işə götürənlərin siyahısına daxil edilib və 19-cu yeri tutub. 2010-cu ildə korporasiya 22-ci, 2011-ci ildə 20-ci olub. 2012-ci ildə ABŞ şirkəti siyahıda 10-cu yerdə qərarlaşıb.

Bundan sonra şirkətin nəticələri pisləşməyə başlayıb: şirkət 2013-cü ildə 34-cü,  2014-cü ildə 35-ci, 2015 və 2016-cı illərdə müvafiq olaraq 22 və 25-ci yerləri tutub.

2017-ci ildə Tim Kukun korporasiyası işə götürənlərin reytinqində 36-cı yerlə kifayətlənib. Agentlik tərəfindən 2018-ci il üçün tərtib edilmiş reytinqdə “Apple” 48 mövqe geriləyərək 84-cü olub.

Reytinq bu və ya digər şirkətin əməkdaşları arasında keçirilmiş sorğu əsasında tərtib edilir. Onlara işəgötürənin məmnunluq dərəcəsini beş ballıq şkala üzrə qiymətləndirmək təklif edilir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-51736-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR