Xəbər verdiyimiz kimi dünın “Altın Kelebek” mükafatlarının təqdimolunma mərasimi baş tutub.

Publika.az gecənin qaliblərinin tam siyahısını təqdim edir:

“Rising star” mükafatlarlnı Miray Daner, Melisa Şenolsun və Hazal Filiz Küçükköseyə aktrisa Neslihan Atagül Doğulu təqdim edib.

Kanal D-də yayımlanan “Vatanım sensin” serialı ilə Nuran Everen Şit ən yaxşı ssenarist seçilib. Ona mükafatı rejissor Osman Sınav təqdim edib.

“Ən yaxşı idman proqramı” “Stadyum” elan olunub. Mükafat verilişin aparıcılarına Ersin Düzen, Mustafa Denizli və Ali Gültikenə texniki direktor Yılmaz Vural verib.

“Ən yaxşı serial” isə “Vatanım sensin” seçilib. Mükafat layihənin baş prodüseri Onur Güvenatama verilib.

“Ən yaxşı klip” Mabel Matiz və Anıl Canın çəkdirdiyi “Ya bu işler ne” olub. Mükafatı onlara müğənni Göksel təqdim edib.

İlin mahnısı isə Tarkanın ifa etdiyi “Beni çok sev” seçilib. Mükafatı bəstənin söz yazarı Günay Çobana və bəstəkar Serkan İzettə Ayla Çelik verib.

“Ən yaxşı kişi pop ifaçısı” Tarkan seçilib. Ona isə mükafatı Cem Yılmaz təqdim edib.

“Ən yaxşı qadın pop ifasıçı” Sezen Aksu elan edilib. Tədbirə gəlməyən Sezenin yerinə Tarkan mükafatı götürüb.

“Ən yaxşı xalq mahnısı ifaçısı” Ebru Yaşar seçilib. Ona mükafatı Erol Evgin verib.

“Ən yaxşı aparıcı” isə “Kelime oyunu” ilə populyarlaşan Ali İhsan Varol elan edilib.

“Ən yaxşı komediya aktrisası” Hande Erçel seçilib.

“Ən yaxşı komediya aktyoru” isə Çağlar Çorumlu elan edilib.

“Ən yaxşı uşaq aktrisası” mükafatını Beren Gökyıldıza “Anne” serialında onun anasını canlandıra aktrisa Cansu Dərə təqdim edib. Mərasimdə romantik anlar yaşanıb.

“Ən yaxşı yarışma verilişi” nominasioyasında isə “Survivor” qalib gəlib. Mükfataı proqramın prodüser və aparıcısı Acun Ilıcalı alıb.

“Şou-biznesin ən gənc ulduzu” mükafatının qalibi isə Aleyna Tilki olub.

Ən yaxşı rejissor Yağız Alp Akaydın ( “Söz”, Star TV)

Ən yaxşı qadın xəbər aparıcısı- Nazlı Çelik (Star TV)

Ən yaxşı kişi xəbər aparıcısı- Fatih Portakal (Fox TV)

Ən yaxşı gündüz saatlarında yayımlanan proqram – “Müge Anlı ilə tatlı sert” (ATV)

Ən yaxşı yarışma- “Survivior” (TV 8)

Ən yaxşı aktrisa -Aslı Enver (İstanbullu gelin)

Ən yaxşı aktyor – Tolqa Sarıtaş (“Söz” serial)

"Azərbaycanın ən parlaq ulduzu" isə Röya Ayxan olub. Ona mükafatı aktrisa Siem Kobal təqdim edib.

Aytən