Qaz sobasının üstündə unutduğu yemək ölümünə səbəb olacaqdı.

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda baş verib. 76 yaşlı İsa Yolalan adlı kişi isitmək üçün yeməyi qaz sobasının üzərinə qoyub. Lakin unutqanlıq faciəni qaçınılmaz edib. Uzun müddət sobanın üzərində qalan yemək yanmağa başlayıb. Evi bürüyən tüstü qocanın halının pisləşməsinə səbəb olub. Hadisə yerinə gələn yanğınsöndürənlər bağlı qapı arxasında qalan qocanı xilas edə bilib. Xəstəxanaya aparılan 76 yaşlı kişinin vəziyyətinin yaxşı olduğu deyilir.

Dünyanın danışdığı uşaq burada saxlanılır – FOTO – Oxumaq üçün tıklayın!