13 dərəcə isti olacaq - SABAH

13 dərəcə isti olacaq - SABAH
13:04 11 Dekabr 2017
180 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu gecə  5-8°, gündüz 9-13°, Bakıda gecə  5-7°, gündüz 10-12° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR