Hazırda paytaxtda 1 kq dana ətinin qiyməti 10-13 manat arasında dəyişir.

Lakin şəhərətrafı ərazilərdə fəaliyyət göstərən bəzi qəssabxanalar dana ətini 7 manata satır. Mağazanın ön şüşəsinə yapışdırılan kağızda dana ətinin bir kiloqramının 7 manata olduğu göstərilir. Qiymətinin ucuz olması müştərilərdə ətin keyfiyyəti ilə bağlı suallar formalaşdırır.

“Ət Baytarlıq Xidmətinin nəzarətindən keçirilibsə, heç bir narahatlıq yoxdur”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, 7 manata ət satan mağazanın Baytarlıq arayışının olub-olmadığı araşdırılmalıdır:

“Ola bilsin ki, kəsilən heyvanın əti qoca olduğu üçün o qiymətə təklif edilir. Lakin bildirim ki, qiymət məsələsi bizim səlahiyyətimiz daxilində deyil. Baytarlıq Xidmətinin qeydiyyatında olan bütün obyektlərə nəzarət keçirilir. Həmin ətlər tam müayinə olunduqdan sonra əhalinin istifadəsinə verilir”.

Xəyalə Məmmədova / Metbuat.az

Hava haqqında ŞAD XƏBƏR: Yaxın günlərdə... – Oxumaq üçün tıklayın!