DİQQƏT: Bu turşulardan zəhərlənə bilərsiniz

“Bu il Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin əksəriyyəti ev şəraitində konservləşdirilmiş pomidor və xiyar turşusundan baş verib”.

Bunu Metbuat.az-a açıqlaması zamanı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Aparılmış təhlil nəticələrinə əsasən, bu il qeydə alınan 318 qida zəhərlənməsinin hamısı məişətdə baş verən zəhərlənmələrdir:

“Əhaliyə tövsiyə edərdik ki, konservləşdirilmiş qidalardan istifadə edərkən çox diqqətli olsunlar. Marketlərsə satılan sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsullardan istifadə etsinlər. Ev şəraitində məhsulu konservləşdirərkən isə strelizə qaydalarını gözləsinlər”.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib. Zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib, 4 nəfər dünyasını dəyişib.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakı səhəri çox üzücü xəbərlə açdı - 4 yaşlı körpə qız... – OXUMQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR