"Azərbaycan çox etibarlı tərəfdaşdır" - Macarıstan səfiri

"Azərbaycan çox etibarlı tərəfdaşdır" - Macarıstan səfiri
16:24 18 Dekabr 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

"NATO və Azərbaycan arasında rezident  koordinator olaraq biz Azərbaycanı NATOüçün çox etibarlı tərəfdaş hesab edirik".
 
 

Bunu APA-ya Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeni deyib. Onun sözlərinə görə, bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi hər iki tərəfin marağını ifadə edir: "Azərbaycanın NATO-ya yardımlarını, eləcə də iki tərəfin birgə fəaliyyətini qiymətləndiririk. Düşünürəm ki, gələcəkdə üzərində işləməli olacağımız çox məsələ var. Növbəti il yerli təşkilatlarla ictimai əlaqələri genişləndirməyi, bəzi görüşlər keçirilməsini planlayırıq. Əməkdaşlarımızla bu yeni layihələr üzrə müzakirələr aparırıq". 
 
 

Səfir qeyd edib ki, NATO və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yerli təşkilat və səlahiyyətlilərlə əlaqələri genişləndirməyə çalışırlar: " İstərdik ki, daha  çox görüş təşkil olunsun".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR