Qabaqcıl “Galaxy Note 8” smartfonunun istifadəçiləri qurğuda akkumulyatorla bağlı problem aşkar ediblər. Məlum olub ki, bəzi istifadəçilərdə cihazın şarjı 0%-ə düşdükdə daha enerji toplamır.

“Galaxy Note 8” qurğusunun sahibləri bu problem haqda forumlarda məlumat veriblər.

Onların sözlərinə görə, smartfonun batareyası 0% olduqda aparat daha enerji toplamır. Qurğu enerji yükləmə kabelinin qoşulmasına reaksiya vermir və işə düşmür. Cənubi Koreya şirkətinin istehsalı olan smartfonun sahibləri müxtəlif enerji yükləmə qurğularından istifadə etsələr də, heç nə kömək etməyib. /Qafqazinfo/