Hövsanın palçıqlı kənd yolları

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsindən redaksiyamıza müraciət daxil olub.

Sakinlər Metbuat.az-a müraciətlərində bilidirirlər ki, qeyd olunan ərazidəki kənd yolları pis vəziyyətdədir. Xüsusən də, qış aylarında havaların yağmurlu keçməsi yolları keçilməz hala salır.

Məsələ ilə bağlı Suraxanı rayon Hövsan Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Elbrus Xəlilov Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan ərazi Suraxanı rayon İcra Hakimiyyətinin ərazisidir:

“Torpaqların hamısı dövlətin balansındadır. Paytaxtda məhəllə yolları Bakı şəhər İcra Hakimiyyətinə aiddir. Qeyd olunan problemlə bağlı isə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etməlisiniz”.

Problemlə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımıza cavab verən olmadı.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Zaqatalada 7 yaşayış məntəqəsinin yolu yenidən qurulur – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR