İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər

İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər
12:37 22 Yanvar 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.
“Report”un xəbərinə görə, M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.
O qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.
Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/i-cbari-tibbi-muayine-paketine-yeni-xestelikler-daxil-edile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR